Bu gün:
Xezer.info » Dünya » ZAXAROVA: AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN SUVERENLİYİNƏ HÖRMƏT EDİRİK

ZAXAROVA: AZƏRBAYCANIN VƏ ERMƏNİSTANIN SUVERENLİYİNƏ HÖRMƏT EDİRİK



Cənubi Qafqazda nəqliyyat kommunikasiya kanallarının blokdan çıxarılması Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin əsas elementidir.

Xezerinfo.az xəbər verir ki, bunu “Trend”ə müsahibəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Cənubi Qafqazda nəqliyyat rabitə kanallarının blokdan çıxarılması 2020-2022-ci illərdə ən yüksək səviyyədə bir sıra üçtərəfli sazişlər əsasında qurulmuş Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinin əsas elementidir. Bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupuna həvalə edilib. İndiyədək qrupun 12 iclası keçirilib (sonuncusu iyunun 2-də olub), dəmir yolu və avtomobil marşrutlarının perspektiv paketi ətraflı nəzərdən keçirilib”, – Zaxarova bildirib.

O qeyd edib ki, işçi qrupunun 12-ci iclasının nəticələrinə əsasən, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqəsi marşrutlarının blokdan çıxarılması yollarının razılaşdırılmasında irəliləyiş əldə olunub.