Azərbaycanda ödənişli xidmətlərdən dövlət büdcəsinə daxilolmalar cüzi artıb
14-okt-2023Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların gördükləri iş və göstərdikləri ödənişli xidmətlərindən 582,2 milyon manat vəsait daxil olub.
"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çoxdur.
Hesabat dövründə büdcəyə sair daxilolmalar isə 403 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 3,2 % azdır.