Bu gün:
Xezer.info » Siyasət » Klaar: “Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir”

Klaar: “Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir”



Avropa İttifaqı (Aİ) Belçikanın paytaxtı Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşün məhsuldar olacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar sosial şəbəkədə yazıb.

“Hərtərəfli normallaşma istiqamətində növbəti addımları müzakirə etdiyim Bakı və İrəvandan qayıtdım. Azərbaycanla Ermənistanın müsbət və razılaşdırılmış gündəliyə sadiq qalması vacibdir. Bu qarşılıqlı təmasın bu ayın sonunda Brüsseldə keçiriləcək yüksək səviyyəli görüşdə möhkəmlənəcəyini gözləyirik”, - diplomat qeyd edib.