Ən aqressiv xərçəng növünün ilk əlaməti açıqlandı
06-okt-2023Pankreas xərçəngi xərçəngin ən aqressiv növlərindən biri hesab olunur. O, tez inkişaf edir və müalicəsi çətindir.
Xezerinfo.az xəbər verir ki, bu barədə onkoloq-cərrah İvan Karasev deyib.Həkim əlavə edib ki, bu orqanın zəif işləməsi səbəbindən həzm və hormonal sistemlər pozulur.
Həkimin sözlərinə görə, xərçəngin varlığını ilkin mərhələdə müəyyən etmək çətindir, lakin orqanizmi diqqətdə saxlamaq vacibdir. Beləliklə, qarın nahiyəsində ağrının görünüşü sizi xəbərdar etməlidir. Mədəaltı vəzi xərçəngi zamanı ağrı arxaya yayıla bilir və insan uzandıqda güclənir. Daha bir simptom isə yeməkdən sonra pisləşmə ola bilər.