Bu gün:
Xezer.info » Qarabağ » “RUSİYANIN MÜƏYYƏN ADDIMLAR ATACAĞINA İNAMIM YOXDUR” – AĞACANYAN

“RUSİYANIN MÜƏYYƏN ADDIMLAR ATACAĞINA İNAMIM YOXDUR” – AĞACANYAN



Hökumət nümayəndəsi jurnalistləri əmin edib ki, Ermənistan Rusiyanın düşməni deyil və rusiyalı həmkarları İrəvanın Roma Statutuna uyğun addımlarından xəbərdardırlar.

Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın Roma Nizamnaməsi ratifikasiya olunarsa, Rusiyanın müəyyən addımlar atacağına inanmağa əsası yoxdur. Bu barədə Ermənistan Respublikası Milli Assambleyasının deputatı Eduard Ağacanyan parlamentdə jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, Roma Əsasnaməsinin ratifikasiya edilməsinin Ermənistanla Rusiya arasında ikitərəfli əməkdaşlığa heç bir aidiyyatı yoxdur və bu barədə Ermənistan rəsmiləri rusiyalı həmkarlarına məlumat veriblər. Eyni zamanda, Ermənistan tərəfi bununla bağlı bəyanatlar və daxil olan reaksiyalarla tanışdır.

“İrəvanın mövqeyi dəyişməz olaraq qalır, Ermənistan suveren dövlətdir və biz müstəsna olaraq ölkəmizin dövlət maraqlarını rəhbər tutmalıyıq”, – Ağacanyan bildirib.