Bu gün:
Xezer.info » Qarabağ » XANKƏNDİDƏ 24 SAATA ÇÖKƏN 30 İLLİK MİF: QƏRB ERMƏNİLƏRİ NİYƏ DƏSTƏKLƏYƏ BİLMƏDİ?

XANKƏNDİDƏ 24 SAATA ÇÖKƏN 30 İLLİK MİF: QƏRB ERMƏNİLƏRİ NİYƏ DƏSTƏKLƏYƏ BİLMƏDİ?



Məlumdur ki, Qarabağda lokal xarakterli antiterror tədbiri cəmi 24 saat çəkdi və terrorçu qüvvələr cəmi bir sutka dözə bildilər. Separatçılar ağ bayraq qaldırdıqdan sonra Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçirildi. Artıq reinteqrasiya prosesinin başlaması və qondarma rejimin çöküşü İrəvanda da gərginliyin yüksəlməsinə səbəb olub. Ermənistanın baş naziri Paşinyanın istefasını tələb edən insanlar küçələrə axışır. Bəs, 24 saat ərzində nə dəyişdi?
Xezerinfo.az bildirir ki, bu mövzuda Türkiyənin nüfuzlu “Hürriyyət” nəşri maraqlı analiz yayımlayıb. Bildirilir ki, İkinci Qarabağ müharibəsindən üç il sonra Xankəndidə qondarma seçkilər keçirilməsi gərginliyi artırdı. Professor Ece Baban deyir ki, Qərblə Azərbaycanın enerji əməkdaşlığı səbəbindən Avropa Birliyi, ABŞ bu hadisələrdə Paşinyana verdiyi dəstəyi geri çəkməyə məcbur oldu. Bu kontekstdə Ermənistan qüvvələrinin silah-sursatı toplanacaq və mövqelər Azərbaycana buraxılacaq. Bu, Ermənistan üçün təslim, Azərbaycanın isə qələbəsidir. Rusiyadan gözlədikləri dəstəyi də ala bilmədilər: Rusiyanın içəri girəcəyini və qurduqları statusu qoruyub saxlaya biləcəklərini düşünürdülər. Paşinyan hakimiyyəti indi köhnəlmə dövrünə qədəm qoyub. Türkiyəni Orta Asiya ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılma ehtimalı yüksəkdir: Bu gündən sonra İranın oradakı etirazının bir mənası da qalmayacaq”