Çay içməyin beynə hansı təsirləri var?
21-sen-2023Xezerinfo.az xarici mətbuata istinadən xəbər verir ki, Pekin Universitetinin tədqiqatçıları çayın intellektual beyin funksiyalarını və düşüncəni yaxşılaşdıra biləcəyini aşkar ediblər.
Tədqiqatlar göstərir ki, müntəzəm çay içməyin bir çox faydası var. Çay xüsusilə mürəkkəb işlərin öhdəsindən gəlməyə kömək edir.
Çay içənlərin kompleks yaradıcı düşüncə tələb olunan testlərdə, su içənlərdən daha yaxşı nəticə göstərdiyi aşkar edilib.