Bu gün:
Xezer.info » Qarabağ » PAŞİNYAN MER SEÇKİSİNDƏ KREMLƏ NECƏ QALİB GƏLDİ ? TƏHLİL

PAŞİNYAN MER SEÇKİSİNDƏ KREMLƏ NECƏ QALİB GƏLDİ ? TƏHLİL



Bölgəmizdə gərginliyin azalması, Ağdam-Xənkəndi və Laçın-Xənkəndi yollarının eyni anda açılması pozitiv gedişatdır. Xankəndi məsələsi Azərbaycanın daxili işidir, daxili mexanizmlərlə də mütləq həllini tapacaq, tələsməsək, ardıcıl və ağıllı siyasət aparsaq, provokasiyalara getməsək, bir güllə belə
atmadan məsələni həll edəcəyik. Bunun üçün cəmiyyət də gərək ağıllı-səbrli olmağı öyrənsin.

Xezerinfo.az yazır ki, bu fikirlərlə çıxış edən Real Partiyasının üzvü Natiq Cəfərli bildirib ki, gərginliyin artmasından heç nə qazanmayacağıq:

“Paşinyan və komandasının “devrilməsinə” səbəb olan addımlar atsaq, bu kimin xeyrinə olacaq?! Azərbaycanın Qarabağ da daxil ərazi bütövlüyünü tanıyan Paşinyan və komandası getsə, yerinə tam “ruskafalar” gəlib bütün öncəki anlaşmalardan vaz keçsə nə olacaq?! Kreml öz adamlarına hörmət və legitimlik qazandırmaq üçün Azərbaycana qarşı öz adamlarına dəstək verib kiçik hərbi uğur hekayələri yaratmağa çalışsa, biz buna necə cavab verəcəyik?! Bu sullara cavab vermək üçün düşünmək, düşündükcə də səbrlə, ağılla davranmaq lazımdır.
Ermənistan cəmiyyəti dünən İrəvan şəhər bələdiyyəsinə seçkilərdə yenə “Paşinyan” dedi, onun partiyası ən çox, 32,57% səs topladı, ümumiyyətlə İrəvan əhalisi seçkiyə getmədi, çünki məhz “ruskafalılar” böyük aktivlik yaradıb Paşinyanı devirmək istəyirdilər, camaat da getmədi, gedənlərdən hər 3 nəfərdən biri də Paşinyanın komandasına səs verdi – baxmayaraq ki, “ruskafalar” İrəvənın hər yerinə Paşinyanın, “Qarabağ Azərbaycandır”, sözlərindən düzəldilmiş plakatlar asdılar, baxmaraq ki, “Paşinyan türkdür”, şüarları sələndirdilər, yenə təsiri olmadı, əhali onları böyük ölçüdə dəstəkləmədi.
Ermənistan əhalisindəki bu yanaşmanı dəyərləndirmək, bu köklü dəyişikliyin Paşinyan və komandasının nailiyyəti olduğunu görmək lazımdır. Bölgəmizdə dayanıqlı sülh üçün hələ də ciddi imkanlar var, çox yaxşı ki, həm Azərbaycan rəsmiləri, məsələn, hörmətli Hikmət Hacıyev, həm də Paşinyan bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasının mümkün olduğunu söylədilər – doğru olan da budur, bölgədə sülh olsa rifah, rifah olsa Şimaldan gələn təhlükələrə sinə gəlmək mümkün olacaq”.