Bu gün:
Xezer.info » Qarabağ » ERMƏNİSTANDA QIŞDA QADINLAR DA ORDUYA ÇAĞIRILACAQ

ERMƏNİSTANDA QIŞDA QADINLAR DA ORDUYA ÇAĞIRILACAQ



Hökumət başçısının fikrincə, həm qadınlara, həm də kişilərə əsgər kimi yanaşmaq lazımdır.

Xezerinfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Könüllü olaraq xidmətə yazılan qadınlar qarşıdan gələn qış çağırışı zamanı Silahlı Qüvvələrin sıralarına qoşulacaqlar.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, çağırışçıların təxmini sayını təmin etmək üçün bütün resurslardan istifadə etməyə çağırıb.
Öz növbəsində Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, idarə qadınları işə götürməyə hazırdır, lakin məktəblərdə görülən işləri nəzərə alaraq (orta məktəbdə peşəyönümü işinin bir hissəsi kimi) əsas axının yayda olması gözlənilir.