“FİNOKO” BOKT 40 AİLƏNİ EVİNDƏN ÇIXARIR – MƏHKƏMƏ
06-sen-2023Bank Olmayan Kredit Təşkilatı “Finoko” 40 ailənin evindən çıxarılması üçün məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “FİNOKO” BOKT 40 ailə ilə bağlı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisələri, mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmadır.
İşə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lalə Rəhimlinin sədrliyi ilə baxılacaq.
BOKT-la mənzildən çıxarılması tələb edilən 40 nəfər arasında növbəti məhkəmə prosesi 13 sentyabr tarixində baş tutacaq.