Tikintiyə və tikinti obyektinin istismarına icazə verilməsi qaydası dəyişdi
05-iyun-2023Prezident İlham Əliyev “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Xezerinfo.az xəbər verir ki, fərmanda deyilir:
“3.2-1. Tikintiyə icazənin alınması üçün tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.”.
2. 3.3-cü bəndin birinci cümləsinə “təqdim olunmadıqda” sözlərindən sonra “(bu Qaydanın 3.2-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)” sözləri əlavə edilsin