Bu gün:
Xezer.info » İdman » Azərbaycan futbolunun evini yıxan ŞOK ADLAR - 1,5 milyard manat hara xərclənib?

Azərbaycan futbolunun evini yıxan ŞOK ADLAR - 1,5 milyard manat hara xərclənib?



Milli komandamız AVRO-2024-ün təsnifat mərhələsinə 2 böyük məğlubiyyətlə başlayıb. Digər tərəfdən, Ermənistan FIFA reytinqində 97-ci, Gürcüstan 77-ci yerdə qərarlaşıb. Azərbaycan milli komandası isə 124-cü yerdədir.

Azərbaycan futbolunun iç üzünü ATV-nin redaktoru, Sportinfo.az saytının redaktoru İlkin Fikrətoğluya ünvanladığımız suallarla göstərməyə çalışmışıq.

- Millimizi məğlubiyyət sindromundan necə çıxarmaq olar?

- Mən düşünmürəm ki, bizim milli komandada məğlubiyyət sindromu var. Milli komanda son 2 oyuna qədər ardıcıl 5 qələbə qazanmışdı. Doğrudur, daha çox yoldaşlıq xarakterli oyunlar, Millətlər Liqasının oyunları idi. Nəticəsi böyük əhəmiyyət daşımayan matçlar idi. Amma istənilən halda qələbə həmişə şirindir, komandaya ruh, əzmkarlıq verir. Bir sözlə, əhval-ruhiyyəni qaldırır. 5 ardıcıl qələbəsi olan komandanın məğlubiyyət sindromu ilə üzləşdiyini demək olmaz. Sadəcə olaraq bizim futbolçularda xarakter və məsuliyyət hissi çatışmır. Yaxşı məşqçi lazımdır ki, onları İsveç, Avstriya kimi rəqiblərlə oyunlara hazırlasın. O cür məşqçimiz təəssüf ki, yoxdur. Ustalıq zəif olan, çatışmayan yerdə idmanda əzmkarlıq ön plana çıxır. Biz bunu dəfələrlə Türkiyə milli komandasının “Qalatasaray” klubunun timsalında görmüşük. Özlərindən qat-qat güclü rəqiblərlə - Avropa komandaları ilə qarşılaşanda ustalıq, səviyyə baxımından onlardan geri qalsalar da, xarakter, əzmkarlıq hesabına artıqlaması ilə oynayaraq rəqibləri məğlub ediblər. Təəssüf ki, bizim futbolçularda həmin xarakter, əzmkarlıq yoxdur. Üstəlik, milli komandanın futbolçularının yarısı “Qarabağ” komandasının oyunçularıdır. Bu komandada qalibiyyət ruhu var. Hər il ard-arda Azərbaycan çempionu olur, Avropada hər il qruplarda oynayır.

Problem ondadır ki, vacib oyunlarda milli komandanın oyunçuları komanda halında birləşib mübarizə apara bilmirlər. Milli komandanın adını, bayrağı, məsuliyyəti dərk etmirlər. Belə çıxır ki, oyunlara etinasız yanaşırlar. Sadəcə “çıxım, oynayım, vəssalam, onsuz da xalq bizdən böyük bir şey gözləmir” düşüncəsi ilə yanaşırlar. Yaxşı baş məşqçi lazımdır ki, onları oyuna kökləsin, motivasiya etsin.

- Milli komandanın baş məşqçisi Canni de Byazi niyə göndərilmir?

- Əslində sual belə qoyulmalıdır – De Byazi burada nə gəzir? AFFA özü də etiraf edir ki, bizim ölkədə səviyyəli futbolçu çatışmır, olanımız budur və s. Olanımız budursa, hər bir komandanın məşqçisi komandanın səviyyəsinə uyğun olmalıdır. Əgər bizim futbolçularımız AFFA-nın dediyi kimi Avropa səviyyəsinə çatmayıbsa, o zaman bizə niyə əvvəllər alman, sonra xorvat, indi isə italyan baş məşqçi gəlməlidir? Oyunçularımız Azərbaycan səviyyəsini aşmış olsa, o zaman xarici baş məşqçi gətirmək olar. İndiki halda italyanın qazandığı nəticələri bizim istənilən yerli baş məşqçi qazanar. Qeyri-adi bir nəticə göstərməyib. Dünya çempionatı-2022-nin seçmə mərhələsində Canni De Byazi 1 xal qazandı. O 1 xalı biz 1995-ci ildə Trabzonda oynayanda, AFFA-nın 30 milyon büdcəsi yox, cəmi 100 min dollar büdcəsi olanda da qazanmışıq. Deməli, baş məşqçi burada önəmli rol oynamır. Heç bir əsas yoxdur ki, italyan baş məşqçini gətirib Azərbaycan komandasını hazırkı adama tapşırasan. De Byazi həmin 1 xaldan sonra göndərilməli idi. O, pandemiyadan yararlanıb öz uğursuzluğunu ört-basdır etdi. AFFA heç bir məşqçiyə vermədiyi üçüncü şansı Canni De Byaziyə verdi. Onun müqaviləsi var. Qaydaya görə, məşqçinin federasiya ilə müqaviləsi varsa, onu göndərmək olmaz. Məşqçi könüllü şəkildə getməyə razılaşarsa, gedə bilər. Əgər məşqçi desə ki, qalıb işimi davam etdirirəm, müqavilənin bitməsinə neçə ay qalıbsa, həmin ay üzrə ona çatacaq bütün vəsait ödənməlidir. Yəni məşqçi sona qədər öz pulunu almalıdır. Yəqin ki, AFFA ziyana düşmək istəməyib. Öz taleləri ilə barışıblar ki, onsuz da səhv addım atıblar. Bu qrupda da ən yaxşı halda 4-cü yeri tuta bilərik. Ona görə də qalan 7-8 ayı (noyabra qədər) De Byazi ilə davam edəcəklər. 99 faiz ehtimalla, bu, Canni De Byazinin Azərbaycanda sonuncu seçmə mərhələsidir.

- Azarkeş məyusluğu necə aradan qalxacaq?

- Azarkeşləri başa düşmək olar. Azarkeşlər hər zaman təbii ki, komandalarının, ölkələrinin öndə olmasını, qələbə qazanmasını istəyir. Onlar bu tələbdə haqlıdırlar. AFFA-dakılar bəzən dövriyyəyə belə bir fikir buraxırlar ki, Azərbaycan heç vaxt futbol ölkəsi olmayıb. Bu, kökündən yanlış, çox çürük bir fikirdir. Belə bir absurd yanaşma heç bir yerdə yoxdur. Məgər Lüksemburq nə vaxtsa futbol ölkəsi olub? Yoxsa qeyzerləri ilə məşhur İslandiya futbol ölkəsi olub? Sadəcə iş görmək lazımdır, sistem yaratmaq lazımdır. 4:0 uduzduğumuz Kosovo, Andorra ilə 0:0 hesablı heç-heçə. Andorranın çempionatı belə yoxdur. Azarkeşlər də bütün bunlara baxanda təbii ki, onların məyusluğu başa düşüləndir. Baxırlar hər il Avropa qrupunda oynayan “Qarabağ”a, bir də baxırlar dünyada 124-cü yerdə olan milli komandaya və təbii ki, məyus olurlar. Ən pisi də odur ki, hazırkı AFFA rəhbərliyi azarkeşlərin sabaha olan inamını qırıb. Azərbaycan milli komandası 15-20 il əvvəl də uduzurdu. 1999-cu il martın 26-da Azərbaycan Portuqaliyaya 7:0 uduzmuşdu. Həmin oyundan 5 gün sonra - martın 31-də biz Bakıda daha güclü bir komanda ilə - Rumıniya ilə oynayırdıq. O məğlubiyyətdən 5 gün sonra 37 min nəfər tutan Respublika Stadionunda 40 min nəfər var idi. Pilləkənlərdə də oturmağa yer yox idi. Azarkeşlər komandaya o dərəcədə inanırdı. Amma zaman keçdikcə o insanları futboldan, azarkeşlikdən iyrəndirdilər, küsdürdülər. İndi milli komanda oynayanda nəinki Respublika Stadionu, 8500 yerlik “Bakcell Arena”nın heç yarısı da dolmur. Yəni azarkeşləri milli komandadan bu dərəcədə iyrəndirdilər, küsdürdülər. Azarkeş məyusluğu o vaxt aradan qalxacaq ki, normal idarəçilik, sistem olacaq. Ancaq bu, yaxın gələcək üçün real görünmür. Görünür, məyusluğumuz bir neçə il də davam edəcək.

- AFFA-nın baş katibi Sərxan Hacıyev bildirib ki, millimizin məğlubiyyətinin səbəbi kompleks şəkildə araşdırılmalıdır. Sizcə, araşdırma üçün vaxt çoxdan keçməyibmi?

- GƏlbəttə, kompleks araşdırma dövrü çoxdan keçib. AFFA çoxdan tədbir görməli idi. 15 il əvvəl də deyirdilər ki, ölkədə uşaq futbolu zəifdir, futbolçu yetişmir. İndi də eyni sözü deyirlər. Sual olunur - AFFA, bəs sən nə üçün varsan? Əgər ölkədə futbolun inkişafına sən cavabdehsənsə, uşaq futbolu da daxil, hər şeyə sən müdaxilə etməlisən, sənin nəzarətində olmalıdır, sən o sistemi qurmalısan. Sən o klublara təsir göstərməlisən ki, futbolçu yetişsin.

- Futbolçuların hazırlıq səviyyəsini necə qiymətləndirirsiz?

- Futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn, milli komandanın baş məşqçisinin köməkçisi Arif Əsədov bildirmişdi ki, bizim futbolçular milli komandada oynamağa fiziki cəhətdən hazır deyillər. Sonra jurnalistlər bu sualla bütün klublara müraciət etdilər ki, “Məgər sizin oyunçular klubda hazırlaşmır?” Bütün klubların baş məşqçiləri Arif Əsədovun bu açıqlamasını top-tüfənglə atəşə tutdu ki, futbolçularımız hazırdır, necə lazımsa, oynayırlar. Əlbəttə, bu, absurd bir fikir idi. Milli komandanın əsasını “Qarabağ”ın futbolçuları təşkil edir, onların da Avropada necə oynadığını hamımız görmüşük. Bu, sadəcə olaraq məğlubiyyətə don geyindirmək, məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimidir. İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində Arif Əsədov da iştirak edirdi, orada bildirdi ki, mən açıqlamanı bu cür verməmişəm, fikirlərim mediada yozulub. Ənənəvi olaraq futbol adamları həmişə çətinə düşəndə belə fikirlər istifadə edirlər. İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov isə həmin verilişdə bildirdi ki, milli komanda oyunlara hazır deyildi. Hərçənd, Arif Əsədov ikibaşlı açıqlama vermişdi – həm deyirdi futbolçular fiziki cəhətdən çatdırmırdı, həm də deyirdi ki, oyunçular oyuna hazır idi.

- AFFA dövlət qayğısından düzgün bəhrələnə bilirmi?

- AFFA-ya olan dövlət dəstəyi dünyanın heç bir yerində yoxdur. Obrazlı şəkildə desəm, AFFA-nı Azərbaycanın ərköyün övladı sayıram. Dövlət AFFA üçün hər şeyin ən yaxşısını ən yüksək səviyyədə təşkil edir. Federasiyaya illik 30 milyon manatdan çox pul ayrılır. Federasiyanın əlavə gəlirləri də var. Azərbaycan dövləti 15 ilə AFFA-ya 1,5 milyard pul xərcləyib. Onun qarşılığında nəticə budursa, deyiləsi söz yoxdur. Azarkeş stadiondan qaçaq düşüb, milli komandanın yarısı xaricdən gətirilən futbolçulardır, baş məşqçini, Hakimlər komitəsinin sədrini xaricdən gətirirlər, milli komandaya həkimi xaricdən gətirirlər. 1,5 milyard pul 15 il ərzində hara xərclənib, necə olub bilinmir. AFFA o pulu vicdansızcasına necə gəldi xərcləyib.

eniş araşdırmaya ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Bunu özləri, hər kəs bilir. Əgər ölkədə futbolçu yoxdursa, uşaq futbolundan başlamaq lazımdır. Sərxan Hacıyev 1 ilə yaxındır AFFA-nın baş katibi postundadır. Bu da çox az müddətdir. Əvvəlki baş katib Elxan Məmmədovun müavini olub. Sadəcə olaraq hamı Elxan Məmmədovun idarəetmə sistemini yaxşı bilir. Sərxan Hacıyev orada sadəcə olaraq icraçı olub, heç bir səlahiyyət sahibi olmayıb. Ondan tələb olunası, gözləniləsi böyük bir şey yoxdur.

Əlbəttə, kompleks araşdırma dövrü çoxdan keçib. AFFA çoxdan tədbir görməli idi. 15 il əvvəl də deyirdilər ki, ölkədə uşaq futbolu zəifdir, futbolçu yetişmir. İndi də eyni sözü deyirlər. Sual olunur - AFFA, bəs sən nə üçün varsan? Əgər ölkədə futbolun inkişafına sən cavabdehsənsə, uşaq futbolu da daxil, hər şeyə sən müdaxilə etməlisən, sənin nəzarətində olmalıdır, sən o sistemi qurmalısan. Sən o klublara təsir göstərməlisən ki, futbolçu yetişsin.

- Futbolçuların hazırlıq səviyyəsini necə qiymətləndirirsiz?

- Futbolçuların hazırlıq səviyyəsi ilə bağlı ziddiyyətli fikirlər var. Məsələn, milli komandanın baş məşqçisinin köməkçisi Arif Əsədov bildirmişdi ki, bizim futbolçular milli komandada oynamağa fiziki cəhətdən hazır deyillər. Sonra jurnalistlər bu sualla bütün klublara müraciət etdilər ki, “Məgər sizin oyunçular klubda hazırlaşmır?” Bütün klubların baş məşqçiləri Arif Əsədovun bu açıqlamasını top-tüfənglə atəşə tutdu ki, futbolçularımız hazırdır, necə lazımsa, oynayırlar. Əlbəttə, bu, absurd bir fikir idi. Milli komandanın əsasını “Qarabağ”ın futbolçuları təşkil edir, onların da Avropada necə oynadığını hamımız görmüşük. Bu, sadəcə olaraq məğlubiyyətə don geyindirmək, məsuliyyətdən yaxa qurtarmaq cəhdi kimidir. İctimai Televiziyada yayımlanan “Sabaha saxlamayaq” verilişində Arif Əsədov da iştirak edirdi, orada bildirdi ki, mən açıqlamanı bu cür verməmişəm, fikirlərim mediada yozulub. Ənənəvi olaraq futbol adamları həmişə çətinə düşəndə belə fikirlər istifadə edirlər. İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov isə həmin verilişdə bildirdi ki, milli komanda oyunlara hazır deyildi. Hərçənd, Arif Əsədov ikibaşlı açıqlama vermişdi – həm deyirdi futbolçular fiziki cəhətdən çatdırmırdı, həm də deyirdi ki, oyunçular oyuna hazır idi.

- AFFA dövlət qayğısından düzgün bəhrələnə bilirmi?

- AFFA-ya olan dövlət dəstəyi dünyanın heç bir yerində yoxdur. Obrazlı şəkildə desəm, AFFA-nı Azərbaycanın ərköyün övladı sayıram. Dövlət AFFA üçün hər şeyin ən yaxşısını ən yüksək səviyyədə təşkil edir. Federasiyaya illik 30 milyon manatdan çox pul ayrılır. Federasiyanın əlavə gəlirləri də var. Azərbaycan dövləti 15 ilə AFFA-ya 1,5 milyard pul xərcləyib. Onun qarşılığında nəticə budursa, deyiləsi söz yoxdur. Azarkeş stadiondan qaçaq düşüb, milli komandanın yarısı xaricdən gətirilən futbolçulardır, baş məşqçini, Hakimlər komitəsinin sədrini xaricdən gətirirlər, milli komandaya həkimi xaricdən gətirirlər. 1,5 milyard pul 15 il ərzində hara xərclənib, necə olub bilinmir. AFFA o pulu vicdansızcasına necə gəldi xərcləyib.

- AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov qeyd edib ki, ölkədə keyfiyyətli futbolçu qıtlığı var. Sadıqov nə dərəcədə haqlıdır?

- Bəli, Vaqif Sadıqov haqlıdır. Sanki bu vəziyyət AFFA-ya sərf edir. Milli komanda uduzan kimi, ictimaiyyətdə Federasiyaya qarşı tənqid dalğası başlayan kimi AFFA illərdir yapışdığı arqumentdən növbəti dəfə qalxan kimi istifadə edir – ölkədə uşaq futbolu yoxdur, keyfiyyətli futbolçu yoxdur və s. Bu bəhanələrin arxasında gizlənirlər. Bu məsələni həll etməkdənsə, əksinə, problemin qalmağı və hər dəfə ondan qalxan kimi istifadə etmək deyəsən AFFA-nın işinə yarayır. 2008-ci ildə AFFA-nın indiki rəhbərliyi hakimiyyətə gələndə 7-8 yaşlı istedadlı uşaqları yığıb bir akademiyaya yetişdirsəydilər, indi həmin uşaqların 24-25 yaşı vardı və hazırda ölkədə futbolçu qıtlığı var deyib car çəkməzdilər. Həmin oyunçulardan milli komandada bəhrələnərdilər. Məqamı çatanda da hansısa kluba satıb transferindən pul qazanardılar. Amma vaxtında bunu etmədilər. Oyunçu qıtlığının olması birbaşa AFFA-nın günahıdır.

- AFFA-da hansı islahatlara ehtiyac var?

- AFFA-da sadəcə bir islahat lazımdır – bütün heyət istefaya göndərilməlidir. Təbii ki, onlar istefa verən deyillər, versəydilər, indiyə qədər istefa verərdilər. 2024-cü ilin ilk 3 ayında AFFA-ya növbəti seçkilər keçiriləcək. Rövnəq Abdullayev-Elxan Məmmədov tandeminə yenidən etimad göstəriləcəyinə 1 faiz də inamım yoxdur.

Tam əminəm ki, onlar seçkidə göndəriləcək. Ümidim yeni gələcək insanlaradır. Düşünürəm ki, bunlardan daha yaxşı olacaq. İndiki komandadan heç bir islahat gözləmirəm. Başdan ayağa yarıtmaz, bərbad idarəçiliklə futbolu məhv ediblər. Sadəcə vaxtı gözləyirəm ki, məqam çatsın və bu adamlar göndərilsin. 2003-cü ildə də ölkədə futbol inqilabı baş vermişdi. Fuad Musayev AFFA-dakı postunu seçki ilə təhvil vermişdi. Həmin vaxt ölkədə çətin vəziyyət idi və s. Amma ondan sonra gələnlər üçün heç bir bəraət yoxdur. 2008-ci ildə Rövnəq Abdullayev gəldi. İndiki vəziyyəti görəndə inqilab haqqında məşhur deyim yada düşür – inqilabı dahilər hazırladı, fanatiklər həyata keçirdi, dələduzlar bəhrəsini gördü. Azərbaycan futbolunda inqilab məhz bu cür oldu.

- Rövnəq Abdullayev, Elmar Məmmədyarov... – bu adlar onların hansı fəaliyyətlərini ortaya qoyur?

- Rövnəq Abdullayevin neft sektorunda, Elmar Məmmədyarovun xarici siyasət sahəsində fəaliyyətinə toxunmuram. Sırf futboldan danışsaq, təbii ki, futboldan kənar adamlardır. Amma mən onun da tərəfdarı deyiləm ki, futbolda mütləq keçmiş futbolçu, məşqçi olmalıdır. Futbol adamı olmayan insan da bu sahəyə rəhbərlik edə bilər. Əsas odur ki, idarəetməni düzgün qursun, işi bacarsın. Problemin kökünü tapa bilsin, düzgün kadrlardan istifadə etsin. Təəssüf ki, Rövnəq Abdullayev bunu bacarmadı. Elmar Məmmədyarovu verilişə dəvət edəndə deyib ki, qoy həmin verilişdə futbolu dərindən bilən adamlar danışsınlar. Sağ olsun ki, obyektiv yanaşıb. Sadəcə olaraq sual yaranır ki, futbolu dərindən bilməyən adamın AFFA İcraiyyə Komitəsində nə işi var? Bu Komitə bir növ AFFA-nın milli məclisidir, qərarverici orqanıdır. Bütün qərarları onlar təsdiqləyirlər. Həmin qərarların qəbul olunmasına əl qaldıranlardan biri Elmar Məmmədyarovdur, digəri elm və təhsil nazirinin müavini Firudin Qurbanovdur, daha biri “SOCAR Georgia”nın prezidenti Mahir Məmmədovdur. Azərbaycan futbolunun evini yıxan qərarları onlar qəbul edirlər. Hər halda indiyə qədər qəbul olunan qərarların ancaq zərərini, zərbəsini görmüşük.