Bu gün:
Xezer.info » Mədəniyyət » Aybəniz Haşımovadan ŞOK açıqlama : İlhamə ölməyib,qayıdacaq

Aybəniz Haşımovadan ŞOK açıqlama : İlhamə ölməyib,qayıdacaq


Aybəniz Haşımovadan ŞOK açıqlama : İlhamə ölməyib,qayıdacaq
"Mən hələ də onun öldüyünə inana bilmirəm".

Xezer.info primetime.az-a istinadən xəbər verir ki, 17 avqustda Azərbaycan və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli mərhum sənətkar İlhamə Quliyevanın doğum günüdür. Bu gün onun xatirəsi sənətçi və müğənnilər tərəfindən yad edilib. Xalq artistini yad edənlərdən biri də əməkdar artist, pedaqoq Aybəniz Haşımova olub. Müğənni İnstaqramda mərhum sənətkarı belə xatırlayıb:

"Mən sizi bu yaşdan tanıdım, əzizim və səsini sevdiyim İlhamə xanım. Dünən Space TV-də qonaq idim. Veriliş zamanı: "Sabah İlhamə xanımın ad günü olduğunu bilirsinizmi?" - deyə soruşdum. Aparıcı bu günü unutmadıqlarını, hətta reportaj da hazırladıqlarını söylədi. Və bu məni çox sevindirdi. Əsl səs unudulmayanda qəlbim fərəhlənir. Qədirbilən Azərbaycan xalqı, mən sizin sənətkarlara olan sevginizin qarşısında baş əyirəm! Sənətkarı yaşadan sizsiniz, dəyərli xalqım! Allah sizi sənətkarlara çox görməsin... İlhamə xanımın ömrünün sonuncu günü siz bunu sübut etdiniz. Siz sübut etdiniz ki, sənətkarı sevdiyimiz kimi, ona sahib çıxmağı da bacarırıq. O ki qaldı İlhamə xanıma, mən hələ də onun öldüyünə inana bilmirəm... Mənə elə gəlir ki, o qayıdacaq!!! Bir insanın yeri nə qədər görünərmiş... Deməli, hədər yaşamayıb. Doğum günün mübarək, sənətkar!"