Xəstəxanalarda təhlükəli müayinə aparatları var? –XƏBƏRDARLIQ/VİDEO
24-fev-2023Standartlara uyğun olmayan rentgen və komputer-tomoqrafiya aparatları təhlükə mənbəyidir.
Xezer.info Xəzər TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi rentgen və kompüter-tomoqrafiya müayinələrinin təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib.
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin şöbə müdiri İlham Sadıqov açıqlamasında deyib ki, Azərbaycanda bir sıra müəssisələr xüsusi icazəsi olmadan fəaliyyət göstərir. Onun sözlərinə görə, bu sahəyə nazarət pandemiya dövründə zəiflədiyindən tibb müəssisələri tərəfindən müəyyən pozuntulara yol verilib.
İlham Sadıqov deyib ki, tibb müəssisələri ionlaşdırıcı şüa mənbələri olan qurğulardan yalnız qanunvericiliyə uyğun olaraq “xüsusi icazə” əsasında istifadə edə bilərlər.
Həkim- pulmanoloq Ayaz Hidayətov isə bildirib ki, xərçəng xəstliklərinin iki faizi məhz radiasiyanın təsirindən qaynaqlanır. Buna görə də pasiyentlərin standartlara cavab verən avadanlıqlardan istifadə etməsi tövsiyə edilir.