Bu gün:
Xezer.info » Köşə yazıları » Azərbaycan dünya üçün çox əhəmiyyətli və nüfuzlu dövlətdir

Azərbaycan dünya üçün çox əhəmiyyətli və nüfuzlu dövlətdir


Azərbaycan dünya üçün çox əhəmiyyətli və nüfuzlu dövlətdir
Özbəkistanın tarixi Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları 16 sentyabrda 22-ci iclası baş tutmuşdur. Ərazisinə, eyni zamanda əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu bu nüfuzlu təşkilatın Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəvət edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin belə mötəbər təşkilatın Sammitinə dəvət olunması ölkəmizin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir. Dövlətimizin başçısı Səmərqənddə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşündə ŞƏT-in sammitində ilk dəfə iştirak üçün dəvətə görə özbəkistanlı həmkarına təşəkkürünü bildirdi.

Eyni zamanda bu gün Azərbaycan dünya ölkələri ilə birgə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Qeyd edək ki, Sammitin təşkil olunmasında əsas məqsəd isə üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi,regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən ibarət idi. Həmin Sammitdə Prezident İlham Əliyev geniş məzmunda çıxış edərək bir çox mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu xüsusi qeyd edib. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Zəngəzur dəhlizinin önəmliliyini də qeyd edən ölkə başçısı, dəhlizin açıldıqdan sonra, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq, marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacağını vurğuladı.

Sammitdə çıxış edən prezident cənab İlham Əliyev sentyabrın 12-14 də Ermənistanın dövlət sərhədində mənfur düşmənin təxribat törədiyini və bu təxribatın qarşısının qətiyyətlə alındığını qeyd edərək, regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayıb. Bütün məsuliyyətin Ermənistan respublikasının üzərinə düşdüyünü də qeyd edərək, Azərbaycanın əsas prioritetlərinin nələr olduğunu onların diqqətinə çatdırdı .

Prezident İlham Əliyevin sammitdə çıxışı onu göstərdi ki, Azərbaycan nəinki bölgə də, eyni zamanda dünya üçün də çox əhəmiyyətli və nüfuzlu dövlətdir. İstər enerji ehtiyatlarına, istər yerləşdiyi regionun iqtisadi və beynəlxalq əhəmiyyətinə, istərsə də bir sıra transregional layihələrin müəllifi olmasına görə ölkəmiz bu gün əhəmiyyətli rola malikdir.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi