Bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur
18-sen-2022Bu gün Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur.
Trend xəbər verir ki, dahi bəstəkarın ad günü həm də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyli ictimai və siyasi xadim, bəstəkar, alim, yazıçı, publisist kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.
Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” və “Arşın mal alan” kimi məşhur musiqili komediyalar yazıb.
Məhz onun əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 114 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır.