Mələklər haqqında yeni iddia
27-iyul-2016Hər il ilin əvvəlində təşkil edilən dəfilələrdə “Viktoria Sekret” markasının “Mələk” adlandırılan dünyaca məşhur modelləri haqqında bir iddia irəli sürülüb.
Axar.az xəbər verir ki, adını deməyən keçmiş “Viktoria Sekret” işçisi markanın məşhur “mələklər”i haqqında açıqlama verib. Çox incə olan modellərin fotolarda cazibədar görünmək üçün kompüter hiylələrindən istifadə etdikləri bildirib. İddiaya görə, Rouzi Xantinqton - Uaytli və Alessandra Ambrosio başda olmaqla “mələklər”in fotolarına fotoşop tətbiq edilirmiş.
“Sara” saxta adı ilə açıqlama verən keçmiş işçi “mələklər” haqqında bunları deyib:
“Modellər sizin bildiyinizdən də arıqdırlar. Buna görə də fotolarına retuş tətbiq edirik. Çimərlik geyimi çəkilişlərində adətən sinələrinə daha böyük görünüş veririk. Döş qəfəsindəki qabırğaların da görünməməsi üçün sümüklərə ət əlavə edirik”.