Bu gün:
Xezer.info » Mədəniyyət » Azərbaycan “Eurovision”a rəqib yarışmaya - 150 min xərcləyir

Azərbaycan “Eurovision”a rəqib yarışmaya - 150 min xərcləyir


Azərbaycan “Eurovision”a rəqib yarışmaya - 150 min xərcləyir
Azərbaycanda keçiriləcək “Youthvision” mahnı müsabiqəsi ilə bağlı brifinq keçirilib.

“Xezer.info” xəbər verir ki, brifinqdə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova jurnalistlərin suallarını cavablandırıb.

Nazirlik rəsmisi bildirib ki, yarışma “həmişə gənc” şüarı ilə Heydər Əliyev adına Sarayda keçiriləcək:

“22-24 iyun tarixində Azərbaycanda ilk dəfə belə bir müsabiqə keçiriləcək. Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə layihəsi olan “Univision” müsabiqəsi keçirildi. 2013-cü ildə etibarən “Univision” beynəlxalq səviyyədə keçirilməyə başladı. Universitet tələbələri arasında bir növ “Eurovision”u xatırladan bir yarışma idi. Daha sonra həmin yarışmanı formatını dəyişdik, əhatəsini genişləndirdik. “Youthvision” yarışmasında 14-35 yaş arasında olan gənclər iştirak edəcək. 24 ölkədən Azərbaycan daxil olmaqla 72 nümayəndə Bakıya gələcək”.
Azərbaycan “Eurovision”a rəqib yarışmaya - 150 min xərcləyir
S. Məmmədova müsabiqənin formatı barədə də məlumat verib:

“Müsabiqədə ilk dəfə səslənmiş, həmçinin tanınmış mahnılarda ifa olunacaq. Yarışmada hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1-12 bal verəcək. Ən çox səs toplayan “Youthvision”un qalibi olacaq. İlk 3 yerin qalibinə pul mükafatı və hədiyyələr veriləcək. Müsabiqədə Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Polşa, Braziliya, Türkiyə, İran, Yunanıstan və b. ölkə təmsilçiləri çıxış edəcək. Müsabiqənin hər il keçirilməsi nəzərdə tutulub. Hələlik birinci dəfə Azərbaycanda keçiriləcək”.
Azərbaycan “Eurovision”a rəqib yarışmaya - 150 min xərcləyir
Brifinq zamanı ilk üç yerin sahibinə veriləcək məbləğ və müsabiqənin büdcəsi açıqlanıb:

“Müsabiqənin ümumi mükafat fondu 6 min dollardır. Yarışmanın keçirilməsinə isə 150 min manat xərclənməsi nəzərdə tutulub. Bura iştirakçılar və münsiflərin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasimin təşkili, müsabiqə öncəsi məşqlər və.s daxildir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulub”.