Bu gün:
Xezer.info » Media » Gəncə 2 saylı Uşaq Xəstəxanasından şok Rüşvət faktları- Xəstə müayinə olmadan əməliyyat üçün pul istənir

Gəncə 2 saylı Uşaq Xəstəxanasından şok Rüşvət faktları- Xəstə müayinə olmadan əməliyyat üçün pul istənir


Gəncə 2 saylı Uşaq Xəstəxanasından şok Rüşvət faktları- Xəstə müayinə olmadan əməliyyat üçün pul istənir
Gəncə şəhərində fəaliyyət göstərən 2 saylı Uşaq Xəstəxanası ilə bağlı inanılmaz iddialar irəli sürülməkdədir. Riatv.Press-ə dəfələrlə xəstəxananın baş həkimi Hafiz həkimin hər gün onlarla uşağın taleyi ilə oynaması haqqında şikayətlər daxil olub.
Valideynlərdən gətirdikləri uşaqlarının müayinəsi müqabilində rüşvət alındığına dair də iddialar var. İddia edilir ki, Gəncə 2 Saylı Uşaq Xəstəxanasında validyenlərdən tələb olunan rüşvətin miqdarı müxtəlif məbləğlərdə olur. Üstəlik, qeydiyyata alınmayan həmin uşaqlara müalicə kursları yazılır və reseptlər verilir.
Bir qrup sakinin redaksiyamıza müraciətini nəzərə alaraq, üstəlik, qarın sancıları ilə həmin xəstəxanaya gətirilməli olan uşaqdan öncədən rüşvətin tələb edildiyi iddiasından sonra, Gəncə şəhər səhiyyə müəssisələrində baş verən özbaşınalıqlara aydınlıq gətirmək məqsədilə Riatv.Press-in rəhbəri Elxan Əhmədov araşdırmalar aparıb. Apardığı araşdırmalar nəticəsində dəhşətli faktları lentə almağı bacaran sayt rəhbəri Səhiyyəmizin bu dərəcəyə çatmasından narahat olduğunu bildirir.
Belə ki, dünyanın heç yerində görünmədiyi halla qarşılaşıb. Elxan Əhmədov bildirir ki, ona müraciət edən şəxs yaxınının Yevlaxdan bu xəstəxanaya gətirilməsi üçün həkimdən məsləhət almaq istədiyini bildirib. Maraqlıdır ki, heç bir müayinə aparmadan, uşağa ağrılarıyla bağlı artıq diaqnoz qoyulub, 400 manat məbləğində əməliyyat üçün rüşvət tələb olunub.

Kadrlardan da görünür ki, kreslosunda rahat əyləşən Rahat həkim xəstənin taleyinə biganə yanaşır, xəstənin yaxınlarının cəmi 200 manatı olduğunu biləndə isə xəstəyə yaxın durmur. Həkimin köməkçisi onları başqa xəstəxanaya yönləndirir.
Belə olan halda xəstəxananın “məsləhətverəni” tibb bacısı onlara bu məbləğə (200 manata) xəstəxananın baş həkimi Hafiz həkimin əməliyyat edə biləcəyini deyir.
Hafiz həkimlə söhbət zamanı o da bu məbləğlə əməliyyata razılıq verir.
Çox maraqlıdır ki, hələ xəstəxanaya gəlib çatmayan bir uşağın taleyi həkimlər üçün bu qədərmi əhəmiyyətsizdir ki, heç olmasa uşaq gələnə qədər pul söhbtini yığışdıralar, müayinədən, dəqiq diaqnozdan sonra rüşvət söhbətini salalar. Axı hələ uşaq gəlib çatmayıb. Gözünü bu qədər pul hərisliyi örtmüş həkimlərin səhlənkarlığı üzündən itirmirikmi hər gün günahsız doğmalarımzı?!!!
Qeyd edim ki, həkimlərin bu cür münasibətindən sonra uşağı onlara etibar etməyən yaxını onu başqa xəstəxanada müayinə etdirir və uşaqada adi soyuqlama nəticəsində baş verən ağrıların qarşısının artıq alındığını deyir.

İnsan deməyə söz tapmır, kadrları izlədikdən sonra qiyməti siz verin. Siz də həkimə gedərkən yüz ölçüb bir biçin. Çünki gözünü pul hərisliyi örtmüş həkimlər, xəstənin əsl xəstəliyini görə bilməz.