Bu gün:
Xezer.info » Siyasət » VK sədri: "Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq"

VK sədri: "Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq"


VK sədri: "Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq"
"Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq"

Bunu "Report"a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib.

O, Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb:

"Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem olmayacaq. Yəni, onların bütün hüquqları təmin ediləcək. Prezident İlham Əliyev bunu dəfələrlə ən yüksək səviyyədə səsləndirib".