Ağrını yaradan səbəbi necə tapaq? – Xəyalə Həsənova yazır
27-iyun-2022Mənim əzizlərim xoş gördüm Sizləri. Bu yazımda Sizə xəstəliklərimizin və ağrılarımızın beynimizlə olan əlaqəsindən həmçinin düşüncə tərzimizlə xəstəliklərimizi sağaltma metodlarından danışacam. Əslində heç bir kouç, həkim və ya şəfacı Sizə xəstəliklərinizi tam sağaldacağını deyə bilməz o zamana qədər ki, Siz buna çox istəkli və hazır olmalısınız. Ona görə də əsas məqsədim xəstəliklərinizi sağaltmanız üçün içinizdə olan potensialı tapmaqda və oyatmaqda Sizə kömək olmaqdır. Baxın əgər hansısa bir narahçılığınıza həkimlər müalicə yazıb və müalicədən müəyyən müddət sonra yenə həmin xəstəlikdən əziyyət çəkirsinizsə bu o deməkdir ki, Siz xəstəliyi yaradan məsələni hələ də beyinizdə həll etməmisiniz. Məsələn xərçəng şişinin əməliyyatla götürülməsindən sonra bu şiş yenidən yaranırsa demək ki, bu şişin yaranma səbəbi beyninizdə hələ də həll olunmamış qalıb. Əməliyyat isə zəhərli bir otu kökündən çıxarıb atmaq yerinə yarpaqlarını budamağa bənzəyir.
Sizə indi təqdim etdiyim 4 metodla xəstəliklərdən və ağrılardan təmamiylə qurtulun.
1. Hansı bölgənizin daima ağrıdığını tapın.
Baxın, əgər bədəniniz eyni yerində həmişə eyni ağrılar varsa o zaman nəyi çox düşündüyünüzə və hansı hissdən çıxa bilmədiyinizə bir baxın. Məsələn sizi daimi narahat edən boyun ağrılarınız varsa bu həyatınızda baş verən hadisələrə çevik ( türkcə-esnek,ingiliscə- flexible) yanaşmağa istəkli olmadığınızı göstərir. Bu o deməkdir ki, Siz inatçısınız və öz dediyinizdən fərqli olan fikirləri qürurunuzdan qəbul etmək istəmirsiniz. Məsələləri ancaq öz düşündüyünüz standart bir yolla həll etmək istəyirsiniz və başqa yolları rədd edirsiniz.
2. Ağrını yaradan səbəbi necə tapaq?
Hardasa oturub dostlarınızla və ya yaxınlarınızla söhbət etdiyiniz zaman ən çox nədən danışdığınıza və hansı mövzuya əsəbləşdiyinizə diqqət edin. Sanki özünüzü izləyirmişsiniz kimi özünüzə kənardan oturub baxın. Bir söhbət əsnasında eyni sözü və ya cümləni 3 dəfə və 3-dən artıq qeyd etmisinizsə artıq qırmızı siqnalı yanmış bilin. Həmin bu məsələ nədirsə Sizi inkişafdan saxlıyır, ağrılarınıza, xəstəliklərinizə səbəb olur və darhal qaynağı tapılıb həll olunmalıdır.
3. Ağrını yaradan düşüncədən necə qurtulaq?
Heç bir xəstəlik və ağrı birdən yoxa çıxmır.Siz ilk öncə bu ağrılara səbəb olan düşüncənizi dəyişməlisiniz. Ən əsası isə bunu dəyişməyə çox istəkli olmalısınız. Kvant fizikasında “təlqin” (beyninə yeritmək, qəbul etdirmək) deyə metod vardır. Yəni bilinçaltı ona tez -tez deyilən bütün sözləri və fikirləri qəbul edir və bir müddətdən sonra bunu real olaraq qəbul edir. Məsələn yuxarıda qeyd olunan boyun ağrıları ilə bağlı özünüzə hər gün bu “ Mən yeni fikirlərə açığam və bütün məsələlərdə əlavə həll yolu tapmağa qadirəm” cümləsini hər gün təkrarlasanız bir müddətdən sonra beyniniz bunuqəbul edəcək və elə bu cür davranacaq.Beləliklə gərginlik yox olduğu üçün boyun ağrılarınızdan təmamiylə qurtulmuş olacaqsınız.Bu cümləni yazıb daima görəcəyiniz bir yerə yapışdırmağınız daha tez müddətə nəticə alarsınız.
4. Ağrının yenidən yaranmasına mane olmaq.
Bütün bunları biləndən sonra həyatınızın hər anında hansısa bir stres keçirdiyinizdə və ya əsəbləşdiyinizdə beyniniz avtomatik olaraq Sizə məlumat ötürəcək ki, bu prosses orqanizmanızda hansısa ağrıya səbəb olacaq.Bu ağrıdan qaçmaq üçün beyniniz bilinçli şəkildə həmin neqativi qısa tutacaq və pozitivə çevirəcəkdir. Beləliklə bye bye xəstəliklər.
Bu metodları başqa bütün xəstəliklərə və ağrılara da tətbiq etmək mümkündür. Həll prosesi çətin olarsa bu zaman biz kouçlar Sizə yaxından kömək ola bilərik. . İnanın mənə Siz özünüzlə bağlı hər şeyi həll etmək gücünə maliksiniz. Sadəcə bu gücü tapıb ondan istifadə etməyi bacarmalısınız.
Demək ki, düşüncəmizlə xəstəliklərimiz arasındakı əlaqəni necə olduğunu öyrəndik. İndi isə hərəkətə keçmək vaxtıdır. Enerjiləriniz bol olsun.
Xəyalə Həsənova
İCF diplomlu Yaşam Koçu