Bu gün:
Xezer.info » Mədəniyyət » "Öz filmimdə atamla birgə rol alacam" - Aktyordan AÇIQLAMA

"Öz filmimdə atamla birgə rol alacam" - Aktyordan AÇIQLAMA


"Öz filmimdə atamla birgə rol alacam" - Aktyordan AÇIQLAMA
Aktyor Cavidan Novruz film çəkəcək.

Sonxeber.az-a özəl açıqlama verən aktyor filmdə atası ilə baş rolda oynayacağını söyləyib.

O bildirib ki, filmin rejissorluğunu da öz üzərinə götürüb:

"Mən baxdım ki, bəzi rejissorların atamla məni birgə filmə çəkmək ağlına gəlmədi. Buna görə düşündüm ki, o filmimi özüm çəkim və elə ata-oğul rolunda gözəl bir rol ifa edək. Rejissorluq qabiliyyətim də var. Hətta o vaxtı İncəsənət universitetinin rejissorluq fakültəsinə vermək istəmişdim, amma sonra fikrimi dəyişdim.

Mən hamı kimi film çəkmək istəmirəm. Əlimdə çox maraqlı bir ssenari var. Əsas rolu atamın oynamağını istəyirəm. Filmin mövzusu yalnış anlaşılan bir xəyanətlə bağlıdır. Ssenarist Toğrul Eminli olacaq. Yay fəslinin sonunda filmlə bağlı tam açıqlama verəcəm".