Bu gün:
Xezer.info » Siyasət » Prezidentin köməkçisi Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşüb

Prezidentin köməkçisi Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşüb


Prezidentin köməkçisi Qarabağa səfər etmiş əcnəbi səyyahlarla görüşüb
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əcnəbi səyyahlarla görüşüb.

“Report”un xəbərinə görə, bu barədə Hikmət Hacıyev tviter hesabında yazıb.

"Ən çox səyahət edən insanlar" klubunun üzvləri ilə görüşdən, salamlamaqdan məmnunam. Səyyahlar Kəlbəcərdən Şuşaya qədər işğaldan azad edilmiş ərazilərdə olublar, Ermənistanın vandalizminin miqyasının və işğalının dağıntılarının şahidi olublar. Həm də Azərbaycanın yenidənqurma və şəhərsalma sürətinə heyran olublar”, - Hikmət Hacıyev tviter hesabında yazıb.