Albaniya Prezidenti: “Azərbaycan Avropanın enerji təchizatının təmin edilməsinə mühüm töhfə verir”
16-iyun-2022“Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsinin təmin edilməsinə mühüm töhfə verir”.
“Report” xəbər verir ki, bunu Albaniya Prezidenti İlir Meta IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinə ümidvarıq və bu, Avropaya qaz nəqlinin artırılmasına kömək edəcək.
İ.Metanın sözlərinə görə, bugünkü forum müasir dövrün mühüm məsələlərini, o cümlədən Ukraynadakı müharibəni, pandemiyanın nəticələrini, enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyə imkan verəcək.
“Ukraynadakı müharibənin 2023-cü ildə ərzaq qıtlığına səbəb olacağını gözləyirik. Üstəlik, enerji təhlükəsizliyi də təhdid altındadır. Odur ki, bütün bu məsələləri burada müzakirə etməyi planlaşdırırıq”, - Albaniyanın dövlət başçısı vurğulayıb.