Bu gün:
Xezer.info » Eksklüziv » Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb

Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb


Prezident İlham Əliyev Qəbələdə yol tikintisinə 12,7 milyon manat ayırıb
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağdaş–Zarağan (40 km)–Böyük Pirəli–Kiçik Pirəli–Xırxatala–Cığatelli–Həmzəli avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 12,7 milyon (on iki milyon yeddi yüz min) manat ayrılıb.