Ceyhun Bayramov: “Zəngəzur dəhlizinin həyata keçirilməsi Ermənistan üçün də önəmlidir”
07-iyun-2022“Zəngəzur dəhlizi məsələsində konkret nəticə yoxdur. Ermənistan müxtəlif bəhanələrlə bu məsələni uzatmağa davam edir”.
“Report” xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Bölgədə kommunikasiya əlaqəsi baxımından ən məhdud ölkə Ermənistandır. Bu səbəbdən Zəngəzur dəhlizinin həyata keçirilməsinin digər bölgə ölkələri qədər Ermənistan üçün də önəmlidir”, - Ceyhun Bayramov vurğulayıb.