Lavrov Çavuşoğlu ilə Qarabağı müzakirə edəcək
03-iyun-2022Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu Ankarada danışıqlar aparacaqlar.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirib ki, tərəflər Qarabağda mübahisəli məsələlərin nizamlanmasını, Ukraynadakı, Balkan yarımadasındakı, Əfqanıstandakı, Mərkəzi Asiyadakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə edəcəklər.