Bu gün:
Xezer.info » Siyasət » Sahibə Qafarova Mustafa Şentopla görüşdü

Sahibə Qafarova Mustafa Şentopla görüşdü


Sahibə Qafarova Mustafa Şentopla görüşdü
Sahibə Qafarova diqqətə çatdırıb ki, bu ay – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisə olan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın qətiyyəti və iradəsi sayəsində Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə ən yüksək zirvəsinə çatıb. Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyənləşdirir.

Səmimi sözlərə görə təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop xalqlarımızın təmsilçiləri olan parlamentlərimizin də dövlət başçılarının siyasi iradəsini yekdilliklə təsdiqlədiyini diqqətə çatdırıb.

Bildirib ki, bu gün Azərbaycan-Türkiyə əlaqələri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipinə əsaslanır. Heç şübhəsiz ki, gələcəkdə Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daha da inkişaf edəcək və daha da möhkəmlənəcək.

TBMM sədri 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi çərçivəsində aparılacaq müzakirələrin elmi dairələrimizin birgə fəaliyyətinin gücləndirilməsi, ölkələrimiz və xalqlarımız üçün mühüm mövzuların nəzərdən keçirilməsi baxımından faydalı olacağına əminliyini ifadə edib. O, bu mühüm tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.