Deputatdan ETİRAZ: “Vətəndaşın Türkiyədə müalicə almağa pulu olmur, Azərbaycanda qalır, ölür”
31-may-2022“Azərbaycanda çoxlu lazımsız qurumlar var. Xüsusi komissiya yaradılıb, onların sayı araşdırılmalıdır”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, kadr problemləri olduqca büdcənin icrasında da çoxlu axsamalar olacaq.
Deputat ölkədə dərmanların keyfiyyətinin pis olduğunu da deyib.
Fazil Mustafa qeyd edib ki, Azərbaycanda onkoloji xəstələrin müalicəsində problemlər mövcuddur.
“Vətəndaşın pulu olmur ki, Türkiyəyə, Almaniyaya gedib müalicə alsın. Qalır Azərbaycanda və ölür. Dərmanların keyfiyyəti də pisdir. Bəlkə, dərman sənayesini Türkiyəninki ilə birləşdirək?!” - deyə o əlavə edib.