Ərdoğan: “Bütün şəhərlər dağıdılıb, bütün kəndlər yerlə yeksan edilib”
10-dek-2020“Qardaşım İlham Əliyevin dediyi kimi, Füzuli şəhərində bayraq asmağa bina belə tapılmayıb. Bütün şəhərlər dağıdılıb, bütün kəndlər yerlə yeksan edilib, qəbiristanlıqlar, məscidlər belə dağıdılıb”.
XEZER.INFO xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunan Zəfər paradında çıxışı zamanı deyib.
“Ermənilərin bəziləri hər şeyi dağıtdığı kimi, tarixi-mədəni varlıqları və təbii ki, zənginlikləri də yağmalayıblar. Bütün bunların bədəli ödənilməlidir. Müharibə zamanı Gəncə, Tərtər, Ağdam, Bərdə, Ağcabədi kimi Azərbaycan əraziləri hədəf alınıb. 100 mülki vətəndaş şəhid edilib, analar uşaqsız, uşaqlar valideynsiz qalıb. Hücumlar nəticəsində 416 qardaşımız yaralanıb. Müharibə hüququ ağır şəkildə pozulub, insanlıq şərəfi tapdalanıb. Bunları görməzdən gələnlərin gözləri qədər vicdanları da korlaşıb. Bunun hesabını almaq boynumuzun borcudur”, – o bildirib.