Bu gün:
Xezer.info » Mədəniyyət » Mədəniyyət Komitəsinin sədri Əməkdar artisti təbrik edib

Mədəniyyət Komitəsinin sədri Əməkdar artisti təbrik edib


Mədəniyyət Komitəsinin sədri Əməkdar artisti təbrik edib
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti Mirzə Ağabəyli ilə görüşüb.

Dominant.az xəbər verir ki, Q.Paşayeva Əməkdar artisti 70 illik yubileyi münasibətilə təbrik edib.

Görüş zamanı teatr və kino sahəsindəki vəziyyətlə bağlı da geniş fikir mübadiləsi aparılıb. Komitə sədri Qənirə Paşayeva dəyərli aktyora həyatında və fəaliyyətində bundan sonra da böyük uğurlar diləyib.