Mehriban Əliyeva bu dəfə gəncəlilərdən yazdı
15-fev-2019Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dünən Gəncəyə səfər ediblər.
"Qafqazinfo" xəbər verir ki, birinci xanım gəncəlilərlə bağlı təəssüratını instaqramdakı “firstvicepresidentazerbaijan” rəsmi hesabında bölüşüb:
"Gözəl, qədim Gəncə şəhərindən unudulmaz təəssüratlarla ayrıldım! Azərbaycan milli koloritini bu qədər aydın ifadə edən şəhər! Təkrarsız ab-havası olan şəhər! Gəncənin qonaqpərvər, mehriban, zəhmətkeş və məğrur sakinləri! Səmimiyyət və istiqanlılığınıza, xoş arzularınıza, təbəssümünüzə görə sizə minnətdarlığımı bildirirəm! Allah hər zaman sizi qorusun!"