Ölkə Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var” - Millət vəkili
24-yan-2017“Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. İnşallah onlar da tezliklə yerinə yetəcək”.
“Azərbaycan Prezidenti ölkədə aparıcı qüvvə olaraq bütün təbəqələrin sosial- rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət ayırır. Lakin cənab Prezidentin məcburi köçkünlərə xüsusi diqqət ayırması göz önündədir. Ötən gün imzalanan fərman da bu qayğının bariz nümunələrindən biridir”
Politika.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında millət vəkili, Respublika Ağsaqqalar Şurasının sədri Fəttah Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlərlə bağlı imzaladığı fərmana mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, 25-26 il bundan öncə yağı düşmənin ölkəmizə qarşı törətdiyi hadisələr nəticəsində məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızı Azərbaycan prezidentinin qayğıları yaşadır və gələcəyə ümidləndirir:
“Ötən gün Azərbaycan Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin ayrılması ilə bağlı fərmanı ölkəmizdə bu təbəqəyə göstərilən diqqətin əsas göstəricilərindəndir. Təbii ki, bu qayğı davamlı olacaq”.
F. Heydərov əlavə edib ki, dünyada qlobal böhranlara son qoyulduqdan, haqq-ədalət öz yerini tutduqdan, məcburi-köçkünlər öz yurd-yuvalarına qayıtdıqdan sonra onlara qayğı daha da çoxalacaq:
“Azərbaycan Prezidentinin işğal olunan ərazilərimiz geri qayıtdıqdan sonra çox böyük planları var. İnşallah onlar da tezliklə yerinə yetəcək”.