Bu gün:
Xezer.info » Köşə yazıları » ANALARA SAYĞILARLA...

ANALARA SAYĞILARLA...


ANALARA SAYĞILARLA...
Bilirsiniz ki, İslam dininə qədərki dövr cahiliyyət dövrüdür.Ailədə qız uşağı doğulanda özlərinə təhqir sayardılar.Günahsız körpəni isə faciə gözləyərdi.Qədim Şərq məmləkətlərindən birində hökmdar əmr vermişdi ki, onun ölkəsində yaşlı, qoca qadın olmamalıdır.Əgər olsa öz övladları tərəfindən qətlə yetirilsinlər.Bu iyrənc qanunla çox ağbirçək analar dünyasını dəyişmişdi.
Bir ailədə ana qocalıb ixtiyar yaşına çatmışdı.Şahın əmri ilə qətlə yetirilməli idi.Qardaşlar yığılıb bir qərara gələ bilmirdilər.Kim eləsin...necə eləsin...Axı anaya da qıymaq olarmı?Çox götür-qoydan sonra bu işi zor-bəla ilə də olsa kiçik qardaşın boynuna qoydular.Sonbeşik oğul anasının yanına gəlib üzünü anasının üzünə qoydu.Əlləri ilə saçını sığalladı, anasını oxşadı:
-Ay ana, bəlkə bir arzun, istəyin var, bizə deyiləsi sözün var?
Ana dedi:
-Yox ay oğul, heç bir arzum, istəyim yoxdur.Şükür Allaha hamınızı böyütmüşəm, ev-eşik sahibi etmişəm.Sizin kimi balalarım, nəvə-nəticələrim var, dünyanı tutub qalan deyiləm ki.Onsuz da gec-tez bu dünyadan köçəsiyəm.Amma oğul, bir xahişim var, ged bazardan mənə bir səbət dolusu ağ qərənfil al gətir.
Bu ananın son arzusu idi.Yerinə yetirməməkmi olardı.
Oğul qərənfilləri alıb anasına gətirdi.Gün batan çağı o anasını çiyninə alıb ağlaya-ağlaya meşəyə üz tutdu.Ana səbətdəki qərənfilləri bir-bir götürüb oğlu getdiyi yola atırdı.Gün batmışdı.Meşənin ən qaranlıq yerinə çatanda qərənfillər də qurtarmışdı.Ana dedi:
-Oğul, elə burdaca canımı al.
Oğul anasını çiynindən yerə qoyub soruşdu:
-Ay ana, bəs bu qərənfilləri məndən nə üçün istəmişdin?
Ana dedi:
-Oğul, mən bilirdim ki, sən evə qayıdanda qaranlıq gecə olacaq.O ağ sən gələn yola səpdim ki, yolu azmayasan.O izlərlə evə sağ-salamat qayıdasan, mənim balam.
Oğul anasını bağrına basıb nalə çəkdi:
-Ya Rəbb, belə bir insana da qıymaq olarmı?Ölümündən sonra da balasını fikirləşir.
O anasını götürüb evə qayıtdı.Sübh tezdən hökmdarın yanına gedib öz edamına əmr istədi.Əhvalatı bilən hökmdar rəhmə gəlib qoca analar haqqında o amansız əmrinə son qoydu.
...Ay gidi dünya...
Dönüb o illərə uşaq olam kaş,
Yığıla başıma qohum, dost, sirdaş.
Nə yumşaq kreslo, nə yuxarı baş
Yer varmı anamın dizindən yaxşı...?

...Dizinə qoyum başımı
Gəlim laylamı çal ana!
Ağlamışam göz yaşımı,
Silim laylamı çal ana!

Nə olsun ağarıb saçım,
Körpətək qoynuna qaçım.
Nağlı danış qulaq asım
Gülüm laylamı çal ana!
Ulu Tanrı bütün dünyasını dəyişən analarımıza rəhmət eləsin!Qalan analara can sağlığı arzusuyla:
Malik Balaşov
Publisist
ANALARA SAYĞILARLA...