“İşıq və qazın bahalaşması ölkədə ciddi problem yaradacaq” - deputat
30-noy-2016“Elektrik enerjisi və qazın qiymətinin artırılması ölkədə ciddi problem yaradacaq”.
Modern.az xəbər verir ki, bunu 2017-ci il büdcə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
O bildirib ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətini qaldırmaqla əlavə problemlərə yol açmış oldu.
“Belə ki, bu artım əhalidən yığımın səviyyəsini aşağı salmaqla yanaşı, digər məhsullarda və xidmət sahələrində qiymət artımına səbəb olacaq. Bu da ciddi problemlər yaradacaq”.