Somalidə hərbi qərargaha hücum - 43 əsgər həlak oldu
09-iyun-2016Somalidə ƏŞ-Şəbab radikal qruplaşması hərbi qərargaha hücum edib.
“Xezer.info” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə qruplaşmasının özü bəyan edib. Məlumata görə, dəstə Afrika İttifaqında (AMISOM) xidmət edən Efiopiya qüvvələrinə aid qərargaha hücum edib. Basqın nəticəsində 43 əsgər həlak olub.
Qeyd edək ki, Afrika Birliyi ölkələrinə bağlı 22 min əsgər Somalidə təhlükəsizlik və sabitliyi qorumaq üçün xidmət edir.