Aktobedəki terrorçular xaricdən tapşırıq alıblar.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev söyləyib. Onun sözlərinə görə, Qazaxıstanda rəngli inqilab təşkil etmək cəhdlərinin əlamətləri müşahidə olunur:
“Dövlət siyasətinin liberallığından istifadə edərək, kimsə dövlət hakimiyyətinin gücünü yoxlamaq istəyib. Bəyan edirəm ki, biz ekstrimist və terrorçuların qarşısının alınması üçün ən sərt tədbirlərə əl atacağıq. Bunun üçün dövlətin bütün imkanları var. Biz bilirik ki, rəngli inqilabların fərqli metodları var və onlar düşünülmüş mitinqlərdən, cinayətlərdən, hakimiyyətin ələ keçirilməsinə cəhddən başlayır. Bu əlamətlər bizdə də peyda olub. Bunun baş verdiyi dünya ölkələrində hazırda nə dövlət, nə stabillik var. Orada səfalət və banditizm hökmranlıq edir. Bu ölkələrin iqtisadiyyatları 10 il geriyə atılıb”.